Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi - Foto

Kriminal

07 May 2021 16:13 1363


“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

Yenisabah.az-ın xəbərinə görə, ASC əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İş hakim Leyla Əliyevanın icraatına verilib. Toyuqlu pizza

Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun oğlu Şamxal Həsənlidir.

Xatırladaq ki, “Azərkosmos” ASC Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyinə çevrilib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!