Əli Həsənovun səhhətində problem yaranıb

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənovun səhhətində problem yaranıb

Siyasət

28 Dekabr 2019 15:07 2100


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib. 

“Yeni Sabah” xəbər verir ki, Oxu.Az-a danışan Ə.Həsənov ölkədən çıxmaq istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması ilə bağlı informasiyaları təkzib edib. Qeyd edək ki, dekabrın 27-də sosial şəbəkələrdə sabiq köməkçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. 

Ə.Həsənov qeyd edib ki, deyilənlər şayiədir: “Məni niyə saxlamalıdırlar? Nəyə görə? Buna inanırsınız? Mən 25 il bu ölkənin siyasi münasibətlərinin içində olan və aparıcı şəxslərdən biri olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün buraya gəlmişəm”. Sezar pizza

Onun sözlərinə görə, sosial şəbəkədə özü ilə bağlı yazılanları oxuyub və bu şayiələrə inanmamağı məsləhət görüb. Ə.Həsənov qeyd edib ki, bundan əvvəl də Avropa ölkələrindən birində əməliyyat keçirib. Ancaq sabiq siyasi xadim əlavə edib ki, Yeni ilə kimi ölkəyə qayıdacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!