Əli Heydərovu öldürənin kimliyi bəlli oldu 

saytların hazırlanması

Evə çatdırılma

Əli Heydərovu öldürənin kimliyi bəlli oldu 

Kriminal

13 Aprel 2021 07:26 22762


Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub.

“Yeni Sabah” Rusiya mediasına istinadla xəbər verir ki, həmin şəxs Taleh Orucovdur. Əli Heydərovun öldürülməsi ilə bağlı ortaya atılan iddialardan biri də ötən il öldürülüən azərbaycanlı qanuni oğru Lotu Quli ilə bağlıdır. İddialara görə, Albert Rıjiy Lotu Qulinin qətlinin sifarişçisi olub və intiqam məqsədilə öldürülüb.

Digər versiyaya görə, Heydərov yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi üçün cəzalandırılıb. Əli Heydərov Rusiyanın Sankt-Peterburq şəhərində böyük nüfuza sahib idi. Pepperoni pizza

Qeyd edək ki, bu gün azərbaycanlı qanuni oğru Əli Heydərov Moskvada yaşadığı binanın idman zalında güllələnərək öldürülüb. Heydərov qaçış cığırında idman edərkən killer ona yaxın məsafədən bir neçə atəş açıb, sonuncu kontrol atəşini başından vuraraq, hadisə yerini tərk edib. Hazırda onun axtarışları davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!