Əli Heydərovun qatili danışdı: “Qətl sifarişli deyil” + VIDEO

saytların hazırlanması

Evə çatdırılma

Əli Heydərovun qatili danışdı: “Qətl sifarişli deyil” + VIDEO

Kriminal

14 Aprel 2021 11:25 4238


Rusiyanın İstintaq Komitəsi “Alik Rıji” ləqəbli “qanuni oğru” Əli Heydərovun qatilinin dindirilməsi videosunu yayımlayıb.

Yenisabah.az “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, saxlanılan şəxsin adı Mətləb Sultanovdur. O, Moskvadakı İstintaq İdarəsinə gətirilib. Şübhəli şəxs qətlə görə tutulduğunu etiraf edib.

Eyni zamanda, Mətləb Sultanov qətlin sifarişli olduğunu danıb. Onun sözlərinə görə, “Alik Rıjı” onu söyüb, insident də buna görə baş verib. Sultanov cinayəti pul müqabilində törətdiyini inkar edir. Pepperoni pizza

Əli Heydərov aprelin 12-də günortadan sonra Aviasiya küçəsindəki fitness klubunda güllələnib. Sonra qatilin 26 saylı avtobusla hadisə yerini tərk etdiyi məlum olub. Dağıstan əsilli 56 yaşlı sürücü kabinəsində tapança tapdığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!