“Son zamanlar mediada sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxacağına dair söhbətlər var. Yalandısa, gerçək olsun”.
“Yeni Sabah” xəbər verir ki, bunu Əli İnsanovun keçmiş məhbəs yoldaşı, gününsesi.org saytının rəhbəri Pərviz Həşimli yazıb. Sabiq səhiyyə naziri ilə həbsdə tanış olduğunu qeydd edən jurnalist onun haqda müsbət fikirlər ifadə edib: “Dəmir olduğu kimi həm də dərin bir insandır. Çox mərhumiyyətlər görüb. Həbsinin ilk illərində başına gətirilənləri danışanda dəhşət adamı bürüyür.
Həbsdə olduğu 14 il il ərzində xanımını və qızını həbsxanaya gəlməyə qoymayıb. 14 ildə telefon danışıq hüququndan bir dəfə də olsun yararlanmayıb. pizza mizza
Böyük qardaşı vəfat edəndə rəis yaxınlaşıb: "Əli müəllim, məsləhət oldu ki, bu gün hüzr məclisinə gedib axşama qayıdasınız" təklifini həbsinin 11-ci ilində rədd etdi”.
P. Həşimli bilidirb ki, İnsanovun əfv yazmaması o demək deyil ki, liderliyə iddialıdır və siyasi fəaliyyətlə məşğul olmağı düşünür: “Mənimlə söhbətində özü deyib ki, azadlığa çıxsa siyasətlə məşğul olmayacaq. Yaşı buna imkan vermir. Həmçinin, deyib ki, Konstitusiya ağır cinayətlərə görə məhkum olunan şəxsə prezidentliyə namizəd olmağa imkan vermir.
Əli İnsanovun Qərbi Azərbaycan elektoratını öz arxasınca aparacağına dair iddilar da yersizdir.
O həmyerlilərindən ciddi narazıdır. Hansı ki, Əli İnsanovun sayəsində proffesor adı alanlar, general olanlar çox olub.
Bir sözlə özünə qarşı olan ictimai münasibəti nəzərə alıb, əfv yazmasa da o azadlığa çıxmaq istəyir.
Nəvələrinin çəkdiyi rəsmlərə, yazdığı məktublara oxuduğu kitabların arasında hansı hislərlə baxdığının şahidi olmuşam...
İnanıram ömürlük məhkumlar Surət Hüseynovu, Əlikram Hümbətovu azad edən hakimiyyət akademik Əli İnsanovu da azad edəcək.
O, Eldar Mahmudovun dustağı olub. Bunu da unutmayaq”.
Telegram kanalımız