“Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin...”   – Rauf Arifoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin...” – Rauf Arifoğlu

Siyasət

02 Sentyabr 2020 10:48 2683


“Ramiz Mehdiyevin yazılarının hamısının əsas bir xətti var: özünü bütün neqativlərin, günahlandırmaların fövqündə göstərmək! Bu adam özünün qurduğu informasiya və media siyasətini kəskin tənqid edir və iddia edir ki, bu məsələlərin ona dəxli yoxdur”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu akademik Ramiz Mehdiyevin ötən gün  AMEA-nın saytında yerləşdirilən məqaləsini şərh edərkən deyib. R.Arifoğlu qeyd edib ki, Mehdiyev digər sahələri də bu cür tənqid edir və özünü elə təqdim edir ki, sanki o, bu hakimiyyətdə sıradan bir məmur olub, konkret və məhdud bir sahəyə rəhbərlik edib:

“Az qala özünü bu iqtidara qarşı gizli dissident obrazında təqdim edir; yazılarında belə ştrixlər də var! Cavab olmasa, bu xətti də genişləndirəcək! Heç bir müqavimət olmadığı üçün get-gedə həvəslənir, iddiaları daha da kəskinləşdirir, daha da irəli gedir”. pizza sifarişi

R.Arifoğlu daha sonra vurğulayıb ki, hazırda hakimiyyət çarpaz informasiya müharibəsi altındadır. Onun siyasi rəqibləri - xüsusilə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və mühacirət mediası Ramiz Mehdiyevin solosunu kopellaya çevirməkdədirlər:

“İqtidar düşərgəsindən, hətta zəif də olsa, əks addımlar, cavablar, əks-hücumlar yoxdur; müdafiə də qurulmur, buna cəhd də yoxdur... İndiki vəziyyətdə bu cür qeyri-müəyyənlik taktikası faydalı deyil, nəticə tam tərsinə ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!