Əli Kərimli feministlərin aksiyasını dəstəklədi, topa tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Əli Kərimli feministlərin aksiyasını dəstəklədi, topa tutuldu

Siyasət

08 Mart 2020 20:11 3189


Məlim olduğu kimi, bu gün bir qrup feminist Bakıda aksiya keçirməyə cəhd göstərib.

“Yeni Sabah” xəbər verir ki, AXCP sədri Əli Kərimli feministlərin bu aksiyasını müdafiə edən status paylaşıb. O, "8 MARŞ - Bizimdir Hürr Küçələr" yürüşünə polis müdaxiləsini, xeyli sayda aksiya iştirakçısına zor tətbiq edilməsini qəti şəkildə pislədiyini bildirib. “Vətəndaşlarımızın sərbəst toplaşma azadlığı təmin edilməlidir” -deyə bildirib. 

“Azərbaycan hakimiyyətini Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyasına qoşulmağa çağırıram. Xatırladım ki, Konvensiyanı Avropa Şurasına üzv olan 47 ölkədən 45-i imzalayıb. Yalnız Azərbaycan və Rusiya hələ də Konvensiyanı imzalamayıb”. pizza

AXCP sədrinin bu dəstəyi sosial şəbəkə istifadəçiləri, hətta onun bir sıra tərəfdarları tərəfindən sərt etirazla qarşılanıb. Onun statusuna şərh yazanlar partiya sədrini feministlərə sığındığını bildirib və ağır ifadələrdən istifadə ediblər.

Bundan sonra Ə. Kərimli yazdığı statusa yenidən şərh yazıb. Aksiyadakı şüarları dəstəkləmədiyini qeyd edib: “Çox təəssüf etdim ki, bugünki aksiyada bir neçə etikadan kənar, ictimai əxlaqa qarşı şüarlar da qaldırılıb. Təbii ki, mən həmin qeyri etik şüarları nəinki dəstəkləmirəm, belə şüarları ictimai əxlaqa qarşı sayıram, zərərli hesab edirəm. Statusda hansı vətəndaş hüquqlarına dəstək verdiyim, nəyə etiraz etdiyim aydın yazılıb. Status aksiya və zorakılıq haqdadır, orada qaldırılmış ayrı - ayrı şüarlar barədə deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!