Əli Kərimlinin daha bir müavini ölkəni tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Kərimlinin daha bir müavini ölkəni tərk etdi

Siyasət

20 Oktyabr 2025 13:01 639


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı ölkəni tərk edib.

F.Qəhrəmanlı “Yeni Sabah”a açıqlamasında Fransaya köçdüyünü deyib. 

“Son 5-6 ildə yaşadığım ev başqasına məxsus idi və o ev satıldığından artıq Bakıda qalmağım da qeyri-mümkün oldu. Ona görə müvəqqəti olaraq mühacirətə gəlməyim heç də AXCP-nin siyasi perspektivinə inamımın itməsi ilə bağlı deyil. Əgər mən ölkəmdə siyasi mübarizədən çəkindiyim üçün mühacirətə gəlmiş olsaydım, o zaman heç 4 dəfə cinayət məsuliyyətinə cəlb olunub həbs həyatı da yaşamazdım. Elə birinci həbsdən çıxandan sonra ölkəni tərk edib Avropaya gələrdim”, - o bildirib.  pizza hut

Qeyd edək ki, F.Qəhrəmanlı 1990-cı illərin əvvəlindən AXCP üzvüdür. O, uzun illərdir partiya rəhbərliyində təmsil olunur. 

Xatırladaq ki, son illərdə AXCP-nin bir sıra tanınmış funksionerləri xaricə mühacirətə gedib. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!