Ötən ay ən çox axtarılan Əli Nağıyev olub

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay ən çox axtarılan Əli Nağıyev olub

Sosial

02 İyul 2019 13:37 1551


Hər gün milyonlarla insan “Google”a daxil olaraq ona maraqlı olan mövzular barədə yeni məlumatlar əldə etməyə çalışır.

Bəs Azərbaycanda ötən iyun ayı ərzində ən çox hansı mövzularda axtarış edilib?

“Yeni Sabah”ın “Google Trends”dən əldə etdiyi məlumata görə, ötən ay ölkə əhalisini ən çox maraqlandıran 3 mövzu belə sıralanıb:

Birinci sırada müəllimlərin işə qəbulu ilə bağlı axtarış yer tutur. Görünür, ölkədə müəllim maaşlarının artması bu sahəyə olan marağı artırıb.

İyun ayındakı statistikaya görə, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyən Əli Nağıyev “Google” axtarışlarında 2-ci yerdədir. Bu da onun əvvəlki vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunması ilə əlaqədardır.

Azərbaycanda internet istifadəçilərini ən çox maraqlandıran üçüncü mövzu isə Türkiyədə yeni yayımlanmağa başlayan “Afilli Aşk” adlı serialdır. Serialın 1-ci bölümü ilə bağlı axtarış “Google Trend”lərdə 3-cü yerdə qərarlaşıb.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!