Əli Şükürlü Avropa birinciliyində 3 medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Əli Şükürlü Avropa birinciliyində 3 medal qazandı

İdman

02 Avqust 2023 18:21 1269


Azərbaycan ağır atleti Əli Şükürlü Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa birinciliyində üç medal qazanıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, milli komandanın üzvü yaşı 20-yə qədər olan atletlər arasında fərqlənib.

109 kq çəki dərəcəsində gücünü sınayan Şükürlü birdən qaldırmada 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb. pizza mizza

Atlet təkanla qaldırmada daha uğurlu çıxış edib. O, 195 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə qızıl medala sahib çıxıb.

Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!