Əli Xameneinin öldüyü deyilən həyat yoldaşının sağ olduğu bildirilir

saytların hazırlanması

Evə çatdırılma

Əli Xameneinin öldüyü deyilən həyat yoldaşının sağ olduğu bildirilir

Dünya

12 Mart 2026 20:38 653


İranın mərhum ali rəhbəri Əli Xameneinin fevralın 28-də İsrailin zərbələri nəticəsində öldürülən həyat yoldaşı Mənsurə Xocəstə Baqerzadənin ölümü barədə məlumat yanlış olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Son bir neçə gün ərzində inqilab liderinin ölməsindən sonra bəzi KİV səhvən böyük ayətullahın həyat yoldaşının da ölümü xəbərini dərc edib", - deyə məlumatda bildirilir. Dominos pizza

Fevralın 28-də İsrail HHQ-nin Tehranda ayətullanın iqamətgahına endirdiyi zərbədən sonra onun ağır yaralandığı və komaya düşdüyü bildirilirdi.

Mənsurə Xocəstə Baqerzadə 79 yaşındadır. O, dini bir ailədə doğulub. Atası iş adamı idi. Əli Xamenei ilə 1964-cü ildə tanış olub. Növbəti il onlar evləniblər. Evləndikdən sonra o, ictimaiyyət qarşısında demək olar ki, görünməyib. Onların evlilikdən dörd övladı olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!