Əlikram Bayramov - “Əhd etmişdim ki, anamı əllərimlə dəfn edim“ – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əlikram Bayramov - “Əhd etmişdim ki, anamı əllərimlə dəfn edim“ – VİDEO

Şou

11 Oktyabr 2021 10:29 1177


Tanınmış müğənni Əlikram Bayramov mərhum anası barədə danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan ifaçı anasını öz əlləri ilə dəfn etdiyini açıqlayıb.

Göz yaşlarına hakim ola bilməyən müğənni bunu əhd etdiyini  deyib: pizza mizza

“İqtisadiyyat üzrə oxudum. Sevmədiyim sənət idi, amma anam istəyirdi, deyirdi ki, sən inşaatçı olmalısan, ev tikməlisən. Anam həmişə deyirdi ki, əlində pul olsun. Ana ürəyi həssas ürəkdir, sanki bilirdi ki, başımıza nəsə gələcək. Mən anam üçün canımı verərdim, hər şeyimi qurban verərdim. Həyatımda bir şeyi unuda bilmirəm, anam rəhmətə gedən günü qonşumuzda toy idi. Öz-özümə dedim ki, “İlahi, bir həyətdə toy, nişandır, birində göz yaşı axır”. Anamı öz əllərimlə dəfn eləmişəm, bu bilirsiniz nə deməkdir? Əhd eləmişdim ki, anamı özüm dəfn edəcəm. Uzun müddət özümə nifrət etmişəm. İndi gözümün önünə gəlir. Anam bəlkə də yaşayardı, bacım cavan yaşında dünyasını dəyişdi, ondan sonra ana dözə bilmədi”.

Həmin görüntüləri təqdim edirik:

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!