Əlikram Bayramov: “Məni arvaddan qorxan kişi kimi tanıyırlar“

saytların hazırlanması

Evə çatdırılma

Əlikram Bayramov: “Məni arvaddan qorxan kişi kimi tanıyırlar“

Şou

17 Mart 2021 13:25 1065


“Toyların birində bir kişi mənə yaxınlaşdı, dedi ki, sən yaxşı oxuyursan, amma arvadından yaman qorxursan”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov deyib.

“ARB” telekanalında yayımlanan “Heç vaxt heç yerdə” verilişində qonaq olan ifaçı xanımına hər zaman hörmət etdiyini bildirib: Dominos pizza

“Məni arvaddan qorxan kimi tanıyırlar. Toyların birində bir kişi mənə yaxınlaşdı, dedi ki, sən yaxşı oxuyursan, amma arvadından yaman qorxursan. Mən də öz-özümə fikirləşdim ki, bu mənim arvadımdan qorxmağımı nə vaxt görüb? Biz xanımdan qorxmuruq, sadəcə hörmət edirik. Bir kişi öz xanımına hörmət eləmirsə, demək ətrafına da hörmət eləmir. Ona görə də kişilərdən xahiş edirəm ki, xanımlara hörmət edin. Mən 30 ildir ki, evliyəm. Bizdə boşanıram sözü olmayıb. Düz 11 aydır evə pul gətirmirəm, arvadım demir ki, niyə qazanmırsan? Bizim ailədə boşanma söhbəti yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!