Əlillik dərəcəsi düzəltmək adı ilə vətəndaşları aldadıb 17 min pullarını aldı

saytların hazırlanması

Evə çatdırılma

Əlillik dərəcəsi düzəltmək adı ilə vətəndaşları aldadıb 17 min pullarını aldı

Kriminal

18 Oktyabr 2021 11:39 890


Qaxda rayonunda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar Rəşid adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 17000 manata yaxın pullarını ələ keçirdiyini bildiriblər.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, Qax rayonu Şotavar kənd sakini Rəşid Allahverdizadə saxlanılıb. Marqarita pizza

Faktla bağlı Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

R.Allahverdizadənin respublikanın digər şəhər və rayonlarında da oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Qax Rayon Polis Şöbəsinə müraciət etmələri və ya (024)255-23-52 şəhər nömrəsi, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!