Əlilliyi olan şəxslərlə bağlı yeni proqram

saytların hazırlanması

Evə çatdırılma

Əlilliyi olan şəxslərlə bağlı yeni proqram

Sosial

10 İyul 2019 10:30 1423


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasında 100 nəfər əlilliyi olan şəxsin məşğulluq inkanlarının inkişaf etdirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək. 

“Yeni Sabah” xəbər verir ki, bu fikir nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və nazirliyin əməkdaşlarının British Council şirkətinin direktor müavini Nigar Baimova, BP şirkətinin nümayəndəsi Vüsal Əliyev, Layihə üzrə menecer Flora Poladova və b. ilə nazirlikdə keçirilən görüşündə vurğulanıb. 

Qeyd edilib ki, proqramda iştirak etmək istəyən əlilliyi olan şəxslər Məşğulluq Mərkəzlərinə avqustun 1-dək müraciət edə bilərlər. Layihə iştirakçılarının potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək. Pepperoni pizza

Layihənin ikinci fazası çərçivəsində sentyabr 2019 – may 2020-ci il müddətində ingilis dili, kompyuter bacarıqları, sosial bacarıqlar tədris olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Həmçinin xüsusi iş sahələri üzrə  (sosial media, vergi, audit, insan qaynaqları və s.) menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək.

Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!