“Əlim əlində, başın çiynimdə, gözlərin gözlərimdə...”   - Məleykə Əsədova

saytların hazırlanması

Evə çatdırılma

“Əlim əlində, başın çiynimdə, gözlərin gözlərimdə...” - Məleykə Əsədova

Şou

08 Sentyabr 2020 11:57 2054


Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin 15 yaşı tamam olub.

Yenisabah.az xəbər verir ki, aktrisa həmin günü karantin səbəbindən yaxınları ilə birlikdə keçirə bilməyib.  “İnstagram” səhifəsində qızı ilə görüntülərini paylaşan M.Əsədova təəssüratlarını bölüşüb:

“8 sentyabr Allahımın mənə ən böyük hədiyyə etdiyi gün. Özəl günüm. Başımın tacı, yaşamaq eşqim, doğum günün mübarək! Əlim əlində, başın çiynimdə, gözlərin gözlərimdə, “mamoçka” deyən səsinlə məni xoşbəxt edirsən. Allahım səni xoşbəxt etsin. Mənim ağıllı qızım, Allahdan sənin can sağlığını və xoşbəxt günlər görməyini arzu edirəm. Çox savadlı olmağını, ali məktəbə girməyini və ən başlıca ən yaxın dostunun aqil olmağını arzu edirəm. Allah tezliklə dünyanı bürümüş bu bəladan bizləri qurtarsın. 15 yaşını COVİD-19 a görə gözəl qeyd edə bilməyəcəyik, İnşallah, özəl günlərin hələ qarşıdadır. Allah qismət eləsin 16, 17, 18 yaşlarını gözəl qarşılayaq. Əsas sevgi dolu qəlbi ilə anan yanındadır. Buna sonsuz şükürlər edək”.  pizza

Qeyd edək ki, ərindən boşanan M.Əsədovanın həmin evlilikdən Gülər adlı  bir qızı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!