“Əlimə pul düşəndə dağıtmaq istəyirəm”   – Ağadadaş Ağayev + Video

saytların hazırlanması

Evə çatdırılma

“Əlimə pul düşəndə dağıtmaq istəyirəm” – Ağadadaş Ağayev + Video

Şou

11 May 2020 18:02 1475


Xalq artisti Ağadadaş Ağayev "Ay Zaur" verilişinin qonağı olub.

Yenisabah.az xəbər verir ki, ifaçı proqramda bədxərc olmasından bəhs edib: "Maddi dünyaya sarılmağı sevmirəm. Dünya malından özümü təcrid etmişəm. Çox pulum olanda tez dağıtmaq istəyirəm. Elə bil pul cibimi deşəcək. Bir ərəfə hər gün toya gedib, çox yaxşı pul qazandım. Pulun üstünə pul qoyurdum, maraq yarandı. Başladım pul yığmağa. Amma sonra ayıldım, başladım onu xərcləməyə”. 

Sənətçi normal həyat yaşamadığını etiraf edib: “Normal həyat yaşamamışam. 27-28 il özümü dünyanın bütün nemətindən məhrum etmişəm. Ansamblım oturub kabab yeyirdi, mən soyutma toyuq. Deyirdim, yesəm, oxuya bilmərəm".  Toyuqlu pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!