Elinanın anası Xalidə Bayramova ilə üzləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Elinanın anası Xalidə Bayramova ilə üzləşdirildi

Sosial

12 Avqust 2019 19:04 1587


Özünü oxuduğu 162 saylı məktəbin üçüncü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın valideynləri direktor Sevinc Abbasovanın həbs olunmasını, həkimlərin cəzalandırılmasını istəyir. Məktəblinin yaxınlarının tələblərindən biri həyata keçib.

“Yeni Sabah” Bizimyol.info-ya istinadən xəbər verir ki, Elina Hacıyevanın anası Sevil Hüseynova həm Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, həm də Sevinc Abbasova ilə üzləşdirilib. Üzləşmə Bakı şəhər Prokurorluğunda baş tutub. Amma vəkil Emin İsayev bu haqda məlumat vermək istəməyib. Bunu istintaq sirrini yaymamaq arqumenti ilə izah edib.

Vəkilin dediyinə görə, Sevil Hüseynova bir müddət əvvəl Kliniki Tibbi Mərkəzdə Elinanın müayinə və müalicəsinə cavabdeh həkimlərlə də üzləşdirilibmiş. Sezar pizza

Hadisə aprelin 4-də olmuşdu. Elinanı intihardan sonra xəstəxanaya çatdırsalar da, onun həyatını xilas edə bilməmişdilər. Məktəblinin ailəsi Xalidə Bayramova ilə Sevinc Abbasovanı şagirdi intihardan sonra videoya çəkərək, xəstəxanaya gec yola salmaqda ittiham edir. Ümumiyyətlə, Elinaya məktəbdə pis münasibət olduğu bildirilir. Təqsiri sübuta yetirilsə, direktoru 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!