Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin olundu

Sosial

17 Sentyabr 2019 12:24 1280


Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb.

A. Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb. pizza hut

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda həmin iş üzrə məhkəmə keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!