“Qəsdən törədilən cinayətlərdə sosial səbəblər mühüm yer tutur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında kriminoloq-hüquqşünas Şəmsəddin Əliyev deyib.
Qeyd edək ki, hər gün müxtəlif motivli cinayət hadisələri ilə bağlı informasiyalarla qarşılaşırıq. Ötən gün Qaxda mənzildən 11 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Cinayətin iki qardaş tərəfindən törədildiyi məlum olub. Ümumiyyətlə, son vaxtlar ailə üzvləri ilə birlikdə cinayət törədənlərin sayı artıb. Əvvəllər ailə üzvləri, yaxın qohumlar kənarda saxlanılsa da, indi öz bacı-qardaşını, ata-anasını cinayətə sövq edənlərin sayı artıb. Bəzən ailəlikcə bu əməllərə əl atırlar. pizza
Ş.Əliyevin sözlərinə görə, əgər ehtiyac, yoxsulluq, işsizlik və digər səbəblər olmasaydı, oğurluq, quldurluq, soyğunçuluq bu qədər çox olmazdı:
“Qəsdən törədilən cinayətlərin demək olar ki, 95 faizi sosial problemlərdən qaynaqlanır. Cinayətlərin özü də sosial hadisədir, onu doğuran səbəblər də sosialdır. Və təbii ki, onu törədənlər də bir növ sosial varlıqdır. Bunların hamısının bir-biri ilə əlaqəsi var. Əgər sosial səbəblər ehtiyac, yoxsulluq, işsizlik və digər səbəblər olmasaydı, oğurluq, quldurluq, soyğunçuluq hətta bəzən qətillər belə çox olmazdı”.
Şəmsəddin Əliyev qeyd edib ki, sosial səbəblərin olması o demək deyil ki, insanlar cinayətə əl atmalıdırlar:
“İnsanlar cinayət törətməyə məcbur deyillər. Bu tamamilə yanlış düşüncədir. İnsan başqasının əmlakına göz dikməməlidir. Yalnız özünü düşünən insanlar bu cür hərəkət edirlər. Onlar cəmiyyətin alaq otlarıdır. Hətta oğurluq üçün evə girənlər onu görən şəxsi öldürürlər də. Bununla şahidi məhv etdiklərini düşünürlər”.
Ş.Əliyev əlavə edib ki, indi özü azmış kimi ailə üzvlərini də cinayətə sövq edirlər:
“Bu gün cəmiyyətdə ailə deyilən bir məfhum deklarasiya olunma təhlükəsi altındadır. Biz bununla mübarizə aparmasaq, nəticəsi ağır olacaq.
Ailənin məsuliyyətini artırmaq lazımdır. Bu anti-cəmiyyətdən qalan bir problemdir. Cinayətkarlıq doğuran səbəblər sırasında sosial çətinliklər mühüm yer tutur. İradədən asılıdır. Elə ehtiyacı olanlar var ki, o yola düşmürlər. İndi özü azmış kimi ailəli üzvlərini də öz əməlinə şərike dir. Bu problemlərlə ciddi məşğul olmaq lazımdır”.
Nəzrin Vahid
Telegram kanalımız