Əliqismət Lalayev 17 illik vəzifəsini itirdi

saytların hazırlanması

Evə çatdırılma

Əliqismət Lalayev 17 illik vəzifəsini itirdi

Mədəniyyət

04 Aprel 2025 18:17 3359


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiq edib. Sezar pizza

Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!