Əlisa Nicat: Mənə 1 milyon verirdilər ki, tərif yaz

saytların hazırlanması

Evə çatdırılma

Əlisa Nicat: Mənə 1 milyon verirdilər ki, tərif yaz

Mədəniyyət

05 Fevral 2025 16:11 4908


"Allaha and olsun, hətta xahiş etdilər ki, sənə 1 milyon verərik, filankəsə 1 səhifə tərif yaz".

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu “Səməd Vurğun yaltaq idi" fikirlərinə görə bir neçə gündür tənqid və və təhqirlərə üzləşmiş yazıçı Əlisa Nicat bildirib.

O, yenidən Xalq şairi barədə sərt ifadələr səsləndirərək onu özü ilə müqayisə edib: pizza hut

“Dünyada indiyə qədər 1 milyon şair, yazıçı, filosof olub. Onun qədər heç kim bu qədər açıq-aşkar dövlətə, hakimiyyətə tərif yazmayıb. Bəs mən niyə heç kimə tərif yazmıram? Mənim tərifimi gözləyirlər. Allaha and olsun, hətta xahiş etdilər ki, sənə 1 milyon verərik, filankəsə 1 səhifə tərif yaz. Yazmadım. Bu saat evimdə heç nə yoxdur, 10 manat pulum qalıb. Bilmirəm, soğan alım, ya kartof. Səməd Vurğun Azərbaycan tarixini rüsvay edib.

Mənim heç ordenim də yoxdur. 50 ildir külliyyatım dərc olunur, əldən-ələ gəzir. 12 fəlsəfi, siyasi, tarixi roman yazmışam. Azərbaycanda ilkdir. Süleyman Rəhimovlar, Mirzə İbrahimovlar belə şey yaza bilməyiblər. Azərbaycana neçə yeni janr gətirmişəm. Bütün Asiyada ən böyük fəlsəfə antologiyasını çap etdirmişəm. Bəs niyə mənə ayda 300 manat pensiya verirlər?”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vazeh
    Mən Əlisa müəllimin bir neçə tarixi-fəlsəfi romanını oxumuşam. Çox dərin və səviyyəli əsərlərdir. Səməd Vurğuna gəldikdə isə, o, doğrudan da istedadlı şair olub. Yazdığı əsərləri dil üslubu baxımından cəlbedicidir, estetik cəhətdən yüksək səviyyədədir. Lakin təəssüf ki onun sərfiyyatı və zəhməti batıb. Ona görə ki, şəxsin əsərlərinin demək olar ki, hamısı bolşevik ideologiyasının təbliğinə həsr olunub və tam siyasi xaraktelidir. Lakin üstündən 45 il keçməmiş SSRİ dağıldı və onun əsərlərinin 90 faizindən çoxu puç oldu, mənasını itirdi, bu günkü günlə səsləşmir və heç kəsə də lazım deyil. Bəziləri heç S.Vurğunun bir əsərini oxumadan ağzına gələni danışır. Əvvəlcə oxuyun, sonra danışın də..."26-lar poeması"nı oxumusunuz, ya "Vaqif" dramını və yaxud "Fərhad və Şirini"i? 26-larda Azərbaycan xalqının cəlladı Stepan Şaumyanın tərifi göylərə qaldırılır, Rəsulzadəni isə "o millət xaini Rəsulzadədən" deyə təhqir edir. Vaqif dramında tarixdə olmayan şeylər yazıb, Azərbaycan türkü və Qacarlar dövlətinin banisi Ağaməhəmməd Qacara böhtan atır və təhqir edir. Fərhad və Şirində olmayan şeyləri (əlbəttə, ədəbiyyatşünaslıqda şair və yazıçılara təxəyyül və fantastikalarına uyğun yaradıcılıq azadlığı tanınır, lakin tarixi saxtalaşdırmamaq şərtilə) yazır və tarixi faktları bolşevizm və kommunizmin mənafeyinə uyğun saxtalaşdırır. Barak Obama Amerika prezidenti, Kondaliza Rays dövlət katibi, Kolin Pauel qərargah rəisləri komitəsinin sədri (ABŞ ordusunun baş qərargah rəisi), Baydenin prezidentliyi dövründə müdafiə naziri (adı yadımdan çıxıb, zəncidir) olduqdan sonra "Zəncinin arzuları" öz mənasını və dəyərini itirib. "Komsomol" poeması necə də insana estetik zövq verən şəkildə və yüksək sənətkarlıqla yazılıb. Amma bu gün kimə lazımdır? Bilmirəm, Allah eləməmiş (onda gərək Rusiyada kommunistlər yenidən hakimiyyətə gələ, Azərbaycan da öz müstəqilliyini itirə) bəlkə gələcəkdə yenə lazım oldu! Amma indi lazım deyil; Azərbaycan şerini (orda da yazdığı "Stalinin eşqilə" sözləri "azadlığın eşqilə" sözləri ilə biz müstəqil olduqdan sonra əvəz edilib (bilmirəm bu, Səməd Vurğunun müəlliflik hüququnun pozulmasıdır, ya yox; belə yazıb dəə)) bir neçə şeirlərini çıxmaq şərtilə. Şəxs böyük sənətkar olub, lakin o qədər bolşevik və stalinçi də olub ki, mövzu seçimi konkret situasiya ilə bağlı olmaqla milli və insanlığın əbədi mövzularından az yazıb. Bir də Səməd Vurğun özü də zamanında başqalarına hücumlar edir və ağır sözlərlə təhqir edirdi. Məsələn, həbs olunduqdan sonra Hüseyn Cavidə, Əhməd Cavada, Mikayıl Müşviqə qarşı ağır təhqir və ittihamlarla dolu məqalələr yazırdı. Təhqir etmisən, təhqir də olunursan. Məgər özünü ölümdən müdafiə etmək üçün başqalarına hücümlar etmək lazım idi? Napoleon da deyirdi ki, ən yaxşı müdafiə hücumdur. Olmaya Səməd Vurğun həbs olunan şair və yazıçılara hücumlar etməklə "napoleonsayağı" hərəkətlər onun karına gəlmişdi? Ən yaxşısı arxivlər tam açılıb dərc olunmalı və bizlər də kitab oxuyan olmalıyıq. Onda kimin kim olduğu bilinəcək.
    1 year ago
  • vuqar
    bu şəxs çox savadlıdı.tanımayanlar yazır ağla gələni.bu insan filosofdu,əslən Leriklidi Talışdı. bunun kim olduğunu derindən öyrenin heçnə drmirəm sadəcə maat qalarsız savadına,elminə.
    1 year ago
  • Mahmud
    Allah rəhmət eləsin Molla Nəsrəddinə ( aydındır ki, onu yaradana) demə dava yorğan davası imiş. Bu fərdin pensiyası azdır, buna adlarını qeyd etdiklərinin nə dəxli var? Heç filosofa oxşamır, hərdəm xəyala daha çox uyğundur.
    1 year ago
  • şahin
    Bu adam agzına gələni deyir yazir və ya onu danışdırırlar Görəsən ona 1 milyonu kim və niye verirdi ki yaltaqlıq etsin.
    1 year ago