Əlixan Musayev danışdı -  Özü barədə yazanlara mesaj göndərdi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Əlixan Musayev danışdı - Özü barədə yazanlara mesaj göndərdi - Video

Sosial

09 Oktyabr 2025 09:44 4680


Əməkdar artist Cabir İmanovun dəfnində iştirakla gündəmə gələn vəhhabi vaiz Əlixan Musayev haqqında yazılanlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yayımladığı video müraciətində bildirib:

"Buradan haqqımda yazan şəxslərə mesaj göndərirəm. 1 həftədir hansısa dəfndə iştirakımı müzakirə edirlər. Onlara təşəkkür edirəm. Məni reklam edirlər. Antireklamın özü də reklamdır. Dominos pizza

2014-cü ildə Suriya məsələlərinə görə də haqqımda yazırdılar. Səbr edirdim. Bütün sosial şəbəkələrdə izləyicilərimin sayı bu söhbətlərdən sonra günü-gündən artır". 

Qeyd edək ki, Əlixan Musayev ölkədə radikal sələfiliyin əsas simalarından biri kimi tanınıb. O, 2016-ci ildə bağlanan və dəfələrlə mətbuatda Suriyaya mücahid göndərməkdə ittiham edilən Ləzgi (Aşur) məscidinin imamı Mübariz Qarayevin yaxın qohumudur.

Aydan Hacı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!