Əliyar Ağayev Avro-2024-ün oyununa təyinat aldı

saytların hazırlanması

Evə çatdırılma

Əliyar Ağayev Avro-2024-ün oyununa təyinat aldı

İdman

14 Noyabr 2023 16:06 994


Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb. 

Yenisabah.az AFFA-nın saytına  istinadən xəbər verir ki, o, Avro-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək. 

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.  Pepperoni pizza

Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya - Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!