Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat aldı 

saytların hazırlanması

Evə çatdırılma

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat aldı 

İdman

24 Oktyabr 2023 16:41 464


Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.  Dördpendirli pizza

Qeyd edək ki, matç “TSC Arena”da təşkil olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!