Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq. Dördpendirli pizza
Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Telegram kanalımız