Əliyar Ağayev “Rakuv”un Avropa Liqasındakı oyununa təyinat aldı

saytların hazırlanması

Evə çatdırılma

Əliyar Ağayev “Rakuv”un Avropa Liqasındakı oyununa təyinat aldı

İdman

30 Sentyabr 2023 14:18 546


Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

“Report”un əldə etdiyi məlumata görə, 35 yaşlı ədalət təmsilçisi Polşada yerli “Rakuv” və Avstriyanın “Ştrum” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçını idarə edəcək.

Qeyd edək ki, oktyabrın 5-də Polşada oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Dominos pizza

Xatırladaq ki, “Rakuv” cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki görüşün (3:2;1:1) nəticəsinə əsasən “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!