Əliyar Ağayevə Yunanıstan Superliqasında vacib təyinat 

saytların hazırlanması

Evə çatdırılma

Əliyar Ağayevə Yunanıstan Superliqasında vacib təyinat 

İdman

09 Fevral 2024 15:01 664


Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın yüksək liqasının vacib oyununa təyinat alıb. 

QOL.az "parapolitika.gr" nəşrinə istinadən xəbər verir ki, o, fevralın 11-də Superliqanın 22-ci turunda keçiriləcək PAOK - AEK matçını idarə edəcək.

Ə.Ağayeva yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək  Yunanıstanlı referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Azərbaycanın daha bir FİFA referisi Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimi olacaq. Dominos pizza

PAOK 50 xalla liderdir. AEK isə 48 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Əliyar Ağayev buna qədər də Yunanıstan Superliqasının bir neçə vacib qarşılaşmasına təyinat alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!