21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün C qrupunun 2-ci turunda Çexiya Almaniya ilə qarşılaşıb.
Görüşün hakimləri arasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev də olub. O, 4-cü hakim funksiyasını icra edib. pizza hut
Matçda Çexiya Almaniyaya 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 2 turdan sonra Çexiya 3 xalla 2-ci, Almaniya 1 xalla 3-cüdür. Qrupa 6 xalla İngiltərə liderlik edir.
Telegram kanalımız