Əliyev: ABŞ ilə yenidən dost münasibətlərinə ümid edirik

saytların hazırlanması

Evə çatdırılma

Əliyev: ABŞ ilə yenidən dost münasibətlərinə ümid edirik

Siyasət

19 İyul 2025 18:47 337


Azərbaycan ABŞ ilə yenidən dost münasibətlərinin olacağına ümid edirik.

Yenisabah.az xəbər verir ki, bu sözləri İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.

“Bizim nümayəndələr əlaqə saxlayır. Hesab edirəm ki, düzgün istiqamətdəyik”. pizza hut

Dövlət başçısı qeyd edib ki, ABŞ-nin əvvəlki administrasiyası əlaqələri uçuruma aparıb.

“Ukrayna məsələsində ərazi bütövlüyünə dəstək verirdilər, amma bizə belə münasibət yox idi. Bayden dövründə dost hesab edilməyən addımlar atılırdı”.

Dövlət başçısı qeyd edib ki, bir çox məsələlər bizi birləşdirir.

"Tramp administrasiyası ilə əlaqələr yaxşıdır. Ümid edirik müsbət tendensiyalar davam edəcək. Artıq bu görünür. Cənubi Qafqazda proseslərdə Amerikanın iştirakını görürük. Onlar Ermənistan Azərbaycan arasında uzunmüddətli münaqişənin həllinə töhfələrini verməyə çalışırlar. Düşünürəm ki, gələcəkdə biz daha çox xəbərləri eşidəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!