Əliyev: Azərbaycan qazı Aİ-nin 8 ölkəsinin enerji təhlükəsizliyini dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

Əliyev: Azərbaycan qazı Aİ-nin 8 ölkəsinin enerji təhlükəsizliyini dəstəkləyir

Siyasət

01 Oktyabr 2025 16:30 331


"Dünən Prezident Mattarellanın rəsmi səfəri zamanı həm rəsmi açıqlamalarda, həm apardığımız danışıqlarda biz bunu qeyd edirdik ki, İtaliya-Azərbaycan əməkdaşlığı, məsələn, energetika sahəsində böyük bir inkişafa yol açmışdır".

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.

"Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur. Əgər o vaxt bu həll olunmasaydı, bu gün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik, Avropa məkanı da. Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həlledici rol oynamışdır". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!