Əliyev Bosniya və herseqovinalı qonaqları qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Əliyev Bosniya və herseqovinalı qonaqları qəbul etdi

Siyasət

17 Mart 2025 15:43 183


Prezident İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.

Yenisabah.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, ölkələrin müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb.

Zukan Helez Azərbaycanın Bosniya və Herseqovinada müxtəlif sahələrdə təmsil olunmasının önəmini diqqətə çatdırıb və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib. Dördpendirli pizza

Bosniya və Herseqovinaya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər çərçivəsində ölkələr arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyyanamənin imzalandığını qeyd edib və Azərbaycanın bu sənədin tələblərindən irəli gələn bütün işləri görməyə, əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.

Görüşdə əməkdaşlığımızın pesrpektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!