Əliyev buna nail oldu: İndi keçək daxilə - bu komitə, İH-lər ləğv edilir, nazirliklər...

saytların hazırlanması

Evə çatdırılma

Əliyev buna nail oldu: İndi keçək daxilə - bu komitə, İH-lər ləğv edilir, nazirliklər...

Siyasət

09 Avqust 2025 19:56 46767


Dünən Ağ Evdə atılan imzalar regionumuz üçün xüsusi əhəmiyyətə malikdir, son 5 ildə Azərbaycan və Türkiyənin addım-addım getdiyi yolun təntənəsi və bəhrəsidir. Prezident İlham Əliyevin bu mənzərənin yaranmasında böyük payı var.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

“Prezident Əliyevin son 5 ildə atdığı addımlar, qurduğu ittifaqlar Azərbaycan dövlətinin xarici siyasətini ən yüksək səviyyəyə qaldırdı – indi artıq daxili məsələlərə yönəlmənin, Cənubi Qafqazda yaranmış yeni paradiqmanın dividendlərinin toplanması vaxtıdır. Dördpendirli pizza

Bunun üçün çox asan atılacaq addımlar da var, aylar-illər çəkəcək ciddi islahatlar da - əsas odur ki, başlamaq, işləmək lazımdır.

Çox tez bir zamanda görülə biləcək addımlar bunlardır:

1) Quru sərhədlərin açılması,

2) Yeni, sıfırdan, kiçik-orta sahibkara dost olacaq vergi və gömrük məcəlləsinin qəbulu, Gömrük Komitəsinin ləğvi, onun funksiyasının İqtisadiyyat və ya Maliyyə Nazirliyinə kiçik bir şöbə olaraq verilməsi. Yeni məcəllələrdə vergi dərəcələri və gömrük rüsumları kəskin azaldılmalıdır, bunun əvəzinə mənasız “sosial öhdəliklər” ləğv edilməlidir.

Orta-uzun vadədə görüləcək işlər:

1) Yeni Ana yasanın qəbulu – idarəetmə sisteminin tam dəyişdirilməsi,

2) Ölkənin inzibati-ərazi bölgüsünün yenidən təsis edilməsi – 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi və icra başçısı institutunun ləğvi,

3) Yerli öznüidarə institutlarının gücləndirilməsi, şəhərlərdə mer vəzifəsinin təsisi və birbaşa seçkilərlə müəyyən edilməsi,

4) Təhlükəsizlik xərclərinin kəskin azaldılması, hüquq-mühafizə sistemində ixtisarlar, onların vəzifə və funksiyalarının iqtisadiyyata müdaxilə hissəsinin tam ləğv edilməsi,

5) Məhkəmə islahatları – hakim sayının artırılması, ədalətli, çevik hüquq sisteminin təsis edilməsi,

6) Aşırı tənzimləmə gətirən, iqtisadiyyata, biznesə mane olan qanun və qaydaların ləğvi, “kiçik-effektiv hökumət” modelinə keçid. Yəni, bir çox nazirlik, dövlət idarələri, agentliklər ləğv edilməli və ya funksiları azaldılaraq təkmilləşdirilməlidir.

Bir daha – Prezident Əliyev və Azərbaycan dövləti xarici siyasətdə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsində fantastik uğur qazandı, post-sovet məkanında Kremlin yaratdığı problemləri həll etməyi bacaran yeganə dövlət olduq, bu fəxr edilməli, tarixi uğurdur, indi əsas fokus daxili problemlərə yönəlməli, Rifah Dövlətinin yaranması üçün əzmlə çalışmalıyıq”, - o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vlad
    Azərbaycan dilində ana yasa deyilən söz yoxdur. Konstitusiya sözü var...
    9 months ago
  • SƏBİNƏ
    6.icra idareleri legv edilse.alment fondu yaradılsa çox gozel olar
    9 months ago
  • Natiq
    Anladım.
    9 months ago
  • Günel
    Eyni zamanda yersiz yeyintiler ciddi nəzarəte götürülməli, uşaq pulları bərpa olunmalı, təhsil və səhiyyə yüksək səviyyədə olmali
    9 months ago
  • Haller
    ...siz svropani tesvir etdiniz, amma "o" bunu istemez...
    9 months ago
  • Akif m
    Bunları çox gözləyirik. Xətai rayonunda yaşayıram. 4 ildir biz kollektiv şəkildə müxtəlif instansiyalara müraciət edirik. Ötür-ötür oyunu gedir, sonu da nəticəsiz. Cənab Prezident belə tapşırmayıb. Bismark deyirmiş ki, öıkəni pis qanunlarla idarə etmək olar, amma pis məmurlarla yox. Bəla burasındadır ki, bizim qanunlar gözəldir. Amma məmurlarımızın çox hissəsi yerində deyil. İslahatlar, xüsusən kadr siyasəti sahəsində çox vacibdir.
    9 months ago
  • Nazim
    4) Təhlükəsizlik xərclərinin kəskin azaldılması, hüquq-mühafizə sistemində ixtisarlar......... 4-cü bənd bu hissədə qəbuledilməzdir. Bu təklif bütün digər təklifləri şübhə altına alır.
    9 months ago
  • RAHİM
    HÖRMƏTLİ NATİQ BƏY NƏ FƏRQİ VAR, HANSI VƏZİFƏ OLURSA OLSUN YENƏ O VƏZİFƏLƏRƏ O İCRA BAŞÇILARI KİMİLƏR TƏYİN OLUNACAQLAR. ƏSAS MƏSƏLƏ O MƏMURLARI PREZİDENTƏ TƏQDİM EDƏNLƏRİ LƏYAQƏTLİ. ADAMLARDAN. FORMALAŞDIRMAQDIR.
    9 months ago