Əliyev Liviya rəhbərini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Əliyev Liviya rəhbərini təbrik etdi

Siyasət

24 Dekabr 2024 11:14 300


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri, pizza

Liviya Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Azərbaycan ilə Liviya arasında dostluq əlaqələrinin inkişafı məmnunluq doğurur. Sizin noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi xoş təəssüratlarla xatırlayıram. Son bir il yarım ərzində Sizin ölkəmizə ikinci dəfə səfər etməyiniz dövlətlərarası münasibətlərimizin səviyyəsindən xəbər verir.

İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!