Əliyev: Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıqda uğurlu nəticələr olacaq

saytların hazırlanması

Evə çatdırılma

Əliyev: Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıqda uğurlu nəticələr olacaq

Siyasət

28 Oktyabr 2024 13:18 677


Azərbaycanla Pakistan arasında müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda uğurlu nəticələr olacaq.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən deyib.

Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu dedi. Toyuqlu pizza

Prezident bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!