Əliyev - Paşinyan görüşü bu ölkədə olacaq: Saziş imzalanır?

saytların hazırlanması

Evə çatdırılma

Əliyev - Paşinyan görüşü bu ölkədə olacaq: Saziş imzalanır?

Siyasət

03 İyul 2025 09:25 7775


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın bu ayın sonunda Dubayda görüşü planlaşdırılır.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Middle East Eye xəbər yayıb. Xəbərdə bildirilir ki, iki lider sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində görüşüblər və danışıqları davam etdirməyə qərar veriblər. 

“Mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də , rəsmi Bakı sazişi imzalamazdan əvvəl hələ də bir neçə əlavə şərtlərdə israr edir” – deyə xəbərdə bildirilir. Marqarita pizza

“Azərbaycan İrəvandan Azərbaycan ərazisinə istinadların aradan qaldırılması üçün konstitusiyaya dəyişiklik etməyi, Ermənistanda Avropa İttifaqının Monitorinq Missiyasına (EUMA) son qoymağı və Bakının son otuz ildə qərəzli olmaqda ittiham etdiyi ATƏT-in Minsk Qrupunu ləğv etməyi tələb edir”.

Sayt bildirir ki, BƏƏ iki Qafqaz xalqı arasında münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində danışıqlara ev sahibliyi etmək arzusundadır. İyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb . 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!