Əliyev-Paşinyan görüşü - Qriqoryan yeri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Əliyev-Paşinyan görüşü - Qriqoryan yeri açıqladı

Rəsmi

08 Dekabr 2022 16:10 1083


"Ermənistan bütün variantları müzakirə edir".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyan-Əliyev görüşünün ilin sonuna qədər baş tutub-tutmayacağı sualına cavab verərkən deyib.

“Azərbaycan Prezidentinin Brüsseldəki görüşü ləğv etməsi barədə bəyanatından sonra müəyyən problemlər yaranıb. Ermənistan mümkün görüşü nəzərdən keçirməkdə davam edir, bu, Sankt-Peterburqda, Brüsseldə və ya başqa yerdə ola bilər”, - deyə Qriqoryan qeyd edib. pizza hut

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderlərinin görüşünün dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyev görüşün baş tutmayacağını bildirib, çünki Ermənistan əvvəlki kimi Fransa prezidentinin də görüşdə olmasını təkid edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!