Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan

saytların hazırlanması

Evə çatdırılma

Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan

Siyasət

23 Fevral 2025 10:30 235


Makron bu yaxınlarda yenə dedi ki, Ukraynanı müdafiə edəcəklər – yəqin ki, bizi müdafiə etdikləri kimi. Şolts, Starmer, Bayden, Blinken, Leyen və Hollivud ulduzları hər gün Zelenskiyə baş çəkirdilər. Bütün media orqanları Zelenskini dünyaya Rusiyaya qarşı qəhrəman kimi təqdim etdilər. Qərbə Ukrayna rusları zəiflətmək üçün lazım idi. Və bütün bunlardan sonra Zelenskini danışıqlar masasına belə dəvət etmədilər. Bir milyondan çox itkidən sonra Ukrayna hətta danışıqlara da dəvət olunmadı, başqa sözlə, atıldı. Biz Ukraynanın beş faizi də deyilik.

Bu sözləri ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mediasına açıqlamasında deyib.

“Biz onların prioritetlərinin dördüncü və ya beşinci xəttindəyik. Bu hakimiyyət daim yalan danışır, amma Əliyev həmişə həqiqətləri deyir. Ola bilsin ki, tezliklə Əliyevdən öyrənəcəyik ki, Zəngəzur dəhlizi ilə bağlı artıq saziş imzalanıb”, - politoloq qeyd edib.(axar.az) pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!