Əliyev Tokyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Əliyev Tokyevi təbrik etdi

Siyasət

17 May 2025 13:03 257


İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında qeyd edilib.

Dövlət başçısı Kasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb. pizza

Azərbaycan lideri Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb.

Qazaxıstan prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!