Əliyevin məktubu oxunanda Sarkisyan başını aşağı saldı...

saytların hazırlanması

Evə çatdırılma

Əliyevin məktubu oxunanda Sarkisyan başını aşağı saldı...

Siyasət

27 Avqust 2025 18:34 3296


Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) təsis toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin məktubu oxunarkən başını aşağı salıb dinləmişdi.

Yenisabah.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Alxas Qazaryan deyib.

Deputat xatırladıb ki, Azərbaycan liderinin bəyanatını Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev oxuyub. Toyuqlu pizza

“Sarkisyanın Nazarbayevin Əliyevin məktubunu oxuyarkən başını aşağı əyərək, reaksiya vermədən dinləməsi hekayəsi...

Mənəvi-əxlaqi cəhətdən təslim olanda belə olur: başını aşağı salıb dinləyirsən və cəmi iki gün sonra partiya gəncləri ilə görüşdə verilən sualları ötəri cavablarla yola verirsən. İndi bu şəxs bu gün kapitulyasiyadan (Baş nazir Nikol Paşinyanın təslim olmasından) danışır”, - Qazaryan sosial media hesabında yazıb.

Xatırladaq ki, Aİİ-nin 2014-cü il mayın 29-da keçirilən təsis qurultayında Ermənistanın birliyə üzvlüyü müzakirə olunanda Nursultan Nazarbayev İlham Əliyevin məsələ ilə bağlı təsisçi ölkələrin rəhbərlərinə ünvanladığı məktubu oxuyub. Azərbaycan Prezidenti məktubda Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi, Ermənistanın Aİİ-yə qəbulunun yalnız beynəlxalq miqyasda tanınmış sərhədlərlə mümkünlüyünü vurğulayıb və bunun təsisçi dövlətlər tərəfindən nəzərə alınmasını istəyib.

Azərbaycan liderinin bəyanatı oxunarkən Serj Sarkisyanın bunu reaksiyasız və başını aşağı salaraq dinləməsi o zaman Ermənistanda müzakirə mövzusuna çevrilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!