“İlham Əliyevin Rusiya mətbuatına verdiyi müsahibədə müəyyən qədər nikbinlik əlaməti hiss olunur. Bunu səciyyələndirən əsas amillərdən biri də budur ki, ölkə başçısının dediyinə görə, artıq danışıqların formatı haqqında məsələ gündəmə gəlmədi. Neçə illərdir ki, danışıqlar Ermənistanla Azərbaycan arasında davam edir və bundan sonra da belə olacaq”.
Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşünü müsbət qiymətləndirib:
“Prezidentin qənaətincə, danışıqlar formatının dəyişməməsi ilə əlaqədar olaraq substantiv nəticəli danışıqlara təkan verilib. Və buraya xarici işlər nazirlərinin görüşündə əldə edilmiş müxtəlif nəticələri də əlavə etsək, danışıqlar yenə də öz köhnə axarına daxil olur. Bundan sonra əsas diqqət yalnız iki məqama yönəldilməlidir. Birincisi, danışıqların həll variantı ilə bağlı mexanizmin formalaşdırılıb çürüdülməsinə, ikincisi isə, xalqlar arasında humanitar əlaqələrin genişləndirilməsinə. Bu,əvvəllər xarici işlər nazirləri səviyyəsində xalqların sülhə hazırlanması prosesi kimi gedirdi, indi bunu humanitar əlaqələr şəklində ifadə ediblər. Belə görünür ki, Paşinyanın danışıqlarda qeyri-konstruktiv mövqelər sərgiləməsinin qarşısı tez alınıb. Sözsüz ki, burada ATƏT-in Minsk qrupunun rolu da var. Danışıqlar pozitiv axara yönəldilə bilib. Həmin axarda Azərbaycan tərəfi öz mövqeyini ifadə edib və bildirib ki, Azərbaycanın beynəlxalq qurumlar çərçivəsində tanınmış ərazilərinin bərpa edilməsi, oraya həmin ərazilərdən etnik təmizlənməyə məruz qalmış insanların yerləşdirilməsi qarşımızda duran ən mühüm vəzifədir, bu məsələlərdə hər hansı güzəştə gedilməyəcək”. Sezar pizza
Politoloqun fikrincə, ərazi bütövlüyü məsələsinin vurğulanması, bunun danışıqlar prosesində Azərbaycanın əsas şərti kimi irəli sürülməsi diqqətçəkicidir:
“Doğrudur, Paşinyanın yenə də sayıqladığı vurğulanır və bildirilir ki, Azərbaycan tərəfi hansısa kompramislərə hazırdır. İşğalçı dövlətin hansısa kompramislərdən danışması çox lüzumsuz, bir qədər də gülməli görünür. Bu, orta əsrin müharibələri deyil. 21-ci əsrdə işğalçının işğala məruz qalandan güzəştlər tələb etməsi qeyri-mümkün görünür. BMT, Avropa Birliyi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər təşkilatlar Azərbaycanın probleminin ərazimiz çərçivəsində çözülməsini dəfələrlə vurğulayıblar. Bu isə danışıqlar stolu ətrafında Azərbaycanın əlini kifayət qədər güclü edir. Sonda prezidentin dediyi kimi substantiv danışıqlar prosesinə yeni təkan vurmaq haqqında razılığa gəlinib. Bununla əlaqədar olaraq xarici işlər nazirlərinə müvafiq göstərişlər veriblər. Belə qənaətə gəlmək mümkündür ki, sülh yaratma prosesində ciddi nəticə olmasa da, danışıqlar prosesi normal axara daxil olub. Əvvəlki kimi qarmaqarışıq və ya Paşinyan tərəfindən inkar edilən danışıqlar prosesi indi artıq həm də ATƏT-in Minsk qrupu tərəfindən qeydə alınır və bəyanat şəklində ictimaiyyətə çatdırılır. Danışıqlar prosesində hər hansı qeyri-konstruktiv addımlar ATƏT-in vasitəçi qrupları tərəfindən nizama salınmağa çalışılır. Bu görüşdə də belə bir cəhd olundu”.
Günay Rəsulqızı
Telegram kanalımız