Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçıb?   - DTX-dan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçıb? - DTX-dan AÇIQLAMA

Kriminal

27 İyun 2020 14:58 2159


Dövlət Təhlükəsizliyi Xidməti son günlər bəzi kütləvi informasiya vasitələrində “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında  yayılan məqalələrə münasibət bildirib.

DTX-dan Yenisabah.az-a verilən məlumata görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb.

"Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır", - deyə məlumatda qeyd olunur. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!