Ellada Mustafayeva 2 ay əvvəl ailə həyatı qurmuşdu - Maraqlı məlumatlar 

saytların hazırlanması

Evə çatdırılma

Ellada Mustafayeva 2 ay əvvəl ailə həyatı qurmuşdu - Maraqlı məlumatlar 

Maraqlı

28 Fevral 2023 09:30 24172


Xəbər verdiyimiz kimi, İKT və PR sahəsində mütəxəssis, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva ötən gecə vəfat edib. 

Yenisabah.az E. Mustafayeva haqda maraqlı məlumatlar əldə edib. 

Qeyd edək ki, E.Mustafayeva Azərbaycanın mətbu ictimaiyyəti tərəfindən də yaxşı tanınırdı. O, 2010-2015-ci illərdə Azərbaycan Mətbuat Şurasında çalışıb. E.Mustafayeva MŞ-dəki vəzifəsindən ayrılandan sonra Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. Bununla paralel olaraq, dövri mətbuatda öz ixtisasına uyğun məqalələrlə də çıxış edib.  pizza mizza

Azərbaycan, rus və ingilis dillərində səlis danışa bilən xanım Mustafayeva 2 ay əvvəl ailə həyatı qurmuşdu. Onun toy mərasimi ötən il dekabr ayının 22-də Bakıdakı şadlıq saraylarının birində baş tutmuşdu.  

E.Mustafayeva bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, ötən gecə 34 yaşında bu xəstəliyə təslim oldu. 

Allah rəhmət etsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!