Elm və Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

saytların hazırlanması

Evə çatdırılma

Elm və Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

Sosial

02 Sentyabr 2025 11:41 1545


Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib.

Bu barədə “Yeni Sabah”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb. Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə həvalə olunub. pizza

Yeni sektorların yaradılması media subyektləri, qurum və tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə, nazirliyin rəqəmsal media platformalarında fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir. Bununla yanaşı, bu addım nazirliyin ümumi fəaliyyəti barədə ictimaiyyətin düzgün və operativ məlumatlandırılması, tabe qurumların media fəaliyyətinin əlaqələndirilməsi, eləcə də rəqəmsal media strategiyaları vasitəsilə həm informasiya mübadiləsinin, həm də ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsini hədəfləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!