Elman Nəsirov qızının yaydığı VİDEODAN DANIŞDI 

saytların hazırlanması

Evə çatdırılma

Elman Nəsirov qızının yaydığı VİDEODAN DANIŞDI 

Sosial

25 Oktyabr 2025 11:36 19954


Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.

Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb. pizza

O, bununla bağlı şərhi olmadığını deyib:

“Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”

Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vazeh
    Yaxşı ki o radikal dediyiniz müxalifət var, hər zibil işlərinizə haqq qazandırmaq üçün onların varlığından istifadə edirsiniz. A kişi, get qızına sahib çıx, ya da sübut et ki, qızın deyil! Mən, həmin adamın sənin qızın olması barədə yazını qlobalinfo.az və publika.az saytlarından oxumuş, videosuna baxmışam. Publika.az-da gedən yeni xəbərdə qız atalığın müəyyən olunması üçün dnt analizinə də hazır olduğunu söyləyir. Buna nə deyəcəksən?
    7 months ago