Elman Rüstəmovun nikahdankənar oğlu Bakıya gətirildi:   “Məni dəlixanaya saldırmaq istəyir“

saytların hazırlanması

Evə çatdırılma

Elman Rüstəmovun nikahdankənar oğlu Bakıya gətirildi: “Məni dəlixanaya saldırmaq istəyir“

Maraqlı

03 Yanvar 2023 17:39 2855


Bir müddət əvvəl 14 yaşlı yeniyetmə Aqil Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirərək video yaymışdı.

Yenisabah.az Bakupost-a istinadən xəbər verir ki, Aqil yenidən, ikinci dəfə videomüraciət yayıb.

O bildirib ki, birinci müraciətini yaydıqdan sonra Elman Rüstəmov qəzəblənib və anasına zəng edərək onu Bakıya gətirməsini əmr edib. pizza

Aqil qeyd edib ki, Elman Rüstəmov onu psixoloji dispanserə saldırmaq istəyir:

“Elman Rüstəmov mənim psixoloji problemimin olduğunu deyir və məni psixoloji dispanserə saldırmaq istəyir. Mən tam sağlamam və heç bir psixoloji xəstəliyim yoxdur”.

Qeyd edək ki, Aqil hazırda Bakıdadır. O, bir neçə gün əvvəl Bakı-Dubay reysi ilə ölkəyə gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!