Elmar Məmmədyarov ilə erməni həmkarının görüşü 7 saat davam edib

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov ilə erməni həmkarının görüşü 7 saat davam edib

Siyasət

29 Yanvar 2020 19:24 1207


Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

XİN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.

Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər. pizza sifarişi

Məlumatda bildirilib ki, sabah danışıqların növbəti raundu keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!