Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşdü

Siyasət

12 Dekabr 2019 18:56 1524


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Eqils Levits ilə görüşüb.

XİN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, görüşdə Elmar Məmmədyarov Prezident cənab İlham Əliyevin salamlarını Latviya Prezidenti cənab Eqils Levitsin diqqətinə çatdırıb. Latviya Prezidenti, öz növbəsində ən xoş arzu və salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunub. Marqarita pizza

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb. Bu xüsusda nazir Elmar Məmmədyarov Latviya Prezidenti Eqils Levitsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb.

Prezident Eqils Levits dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişələrin məhz bu əsasda həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Latviya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələr, Şərq Tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər, eləcə də regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafı, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıblar. Görüşdən sonra nazir Elmar Məmmədyarov Xatirə Kitabını imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!