“Elmar Məmmədyarovun övladının xaricdəki villaları onu gözükölgəli edir”

saytların hazırlanması

Evə çatdırılma

“Elmar Məmmədyarovun övladının xaricdəki villaları onu gözükölgəli edir”

Siyasət

08 İyun 2020 19:21 1596


"Neyləmək olar ? Azərbaycan xarici siyasət idarəsinin rəisinin gözükölgəli olması, onun bu məsələdə dövlət başçısının tələblərinə uyğun olaraq dünya təşkilatları qarşısında kəskin şəkildə qaldıra bilməməsi bizə utanc verir. Amma cənab Prezidentin dedikləri həqiqətdir və biz bunların hamısını görə-görə gəlmişik və bundan sonra da heç vaxt gedib Avropa Şurası və yaxud digər dövlətlərlə razılaşası deyilik ki, siz icazə verirsinizmi gedək torpağımızı alaq ? Ermənilər bizim torpaqlarımızı işğal edibdir, bizim də torpaqlarımızı işğaldan azad  etmək üçün səlahiyyətlərimiz özümüzdədir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri Elmar Məmmədyarovun övladlarının xaricdə mülklərinin çıxmasından da danışıb:

"Cənab Prezidentin də bu sahədə çox ciddi və prinsipial mövqeyi var. Hər dəqiqə biz öz torpaqlarımızı işğaldan azad edə bilərik. Buna görə də heç kim biz heç nə deyə bilməz. Burada söhbət nədən gedir ? Söhbət ondan gedir ki, bunlar terroristlərdir, bu terroristlər Qarabağda neçə illərdir öz havadarlarının hesabına “at oynadır”. Biz bunun qarşısını almaqdan ötrü beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə ciddi şəkildə işləməliyik. Amma bu sahəyə təhkim olan nazirliyin hələki işi bizi qane eləmir. Onun son vaxtlar xaricdə çıxan, övladının adına olan villaları, evləri bu bir növ o sahəyə baxan naziri gözükölgəli edir. Ona görə, biz cənab Prezidentə arxa olmalıyıq, kömək olmalıyıq. Baxmayaraq ki, biz müxalifət fikirli, müxalifət partiyasının rəhbəri kimi cənab Prezidentin ədalətli mövqelərinin hamısını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Biz torpaqlarımızı heç kəsə hədiyyə verəsi deyilik. Gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik və düşünürəm ki, bu da cənab Prezident İlham Əliyevin vaxtında olacaq. Qısa müddətdə torpaqlarımızı işğalçılardan azad etməkdən ötrü antiterrror əməliyyatı keçirəcəyik. Ondan sonra qoy, ATƏT, Avropa Şurası getsin istədiklərini eləsin. Onların nazı ilə çox oynamışıq. Bundan sonra, onların nazı ilə oynamayacağıq”.  /Demokrat.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!