Elmar Məmmədyarovun Prezidentin tənqidləri haqda suala cavabı:   “Soruşmağa mövzu yoxdur?”

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarovun Prezidentin tənqidləri haqda suala cavabı: “Soruşmağa mövzu yoxdur?”

Siyasət

15 İyul 2020 23:16 3748


Xəbər verildiyi kimi ölkə başçısı İlham Əliyev hökumətin müşavirəsində xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.

Ölkə başçısı XİN rəhbərinin son gərgin günlərdə iş başında olmamasını, son zamanlar fəaliyyətində neqativ hallara yol verməsini sərt qınayıb. Bəs görəsən, Elmar Məmmədyarov ölkə başçısının tənqidlərini qəbul edirmi?

Yenisabah.az xəbər verir ki, bu suala aydınlıq gətirmək üçün Gununsesi.org nazirin özü ilə əlaqə saxlayıb. Toyuqlu pizza

Sualı eşidən nazirin dediklərini olduğu kimi təqdim edirik :

“Əşi, sən Allah bəsdir. Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya zəng et, cavablandırsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!